Hər iki valideyni müəllim olan Biləsuvar məktəblisi 300 bal toplayıb - FOTO

20:53 - 16 Aprel 2024 - Xəbər

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Ucnoqta.az xəbər verir ki, imtahan iştirakçıları arasında 300 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentlərdən biri də Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar rayonu Xırmandalı kənd 1 saylı tam orta məktəbin şagirdi Hacılı Lamiyyə Firdovsi qızıdır. L. Hacılı 3-cü ixtisas qrupuna hazırlaşır.

O, 9-cu sinifdə buraxılış imtahanında Biləsuvar rayonu üzrə ən yüksək nəticə - 297 bal göstərib. Həmçinin bu il keçirilən fənn olimpiadasında tarix üzrə rayon turunun qalibi olub.

Atası tarix, anası isə Azərbaycan dili və ədəbiyyatı müəllimi olan Lamiyyənin anası sertifikasiya imtahanında 57 bal toplayıb.

Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş keçirilən buraxılış imtahanında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.


Xəbər xətti