VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub

10:19 - 5 Oktyabr 2022 - Cəmiyyət

Bu gün VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi olub.

Açılış tədbirində Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, dünya şöhrətli tarixçi İlber Ortaylı, Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatı Qənirə Paşayeva, Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin direktoru Akif Marifli və digər mədəniyyət və ictimaiyyət nümayəndələri, həmçinin Türkiyə, İran, Özbəkistan kimi ölkələrdən qonaqlar iştirak edir.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi oktyabrın 9-dək davam edəcək.

Sərgidə 16 ölkədən (Türkiyədən 40, Rusiyadan 4, İrandan və Özbəkistandan da həmçinin, 4 nəşriyyat) nəşriyyat, 60-dan çox xarici təşkilat, 118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.///Apa

Xəbər xətti