Naziri oğurlamağı planlaşdıran şəxslər həbs edildi

Hollandiya polisi Belçikanın ədliyyə naziri Vinsent Van Kukkenbornu oğurlamaqda şübhəli bilinən 4 nəfəri həbs edib.

Bekçikalı naziri qaçırmağı planlaşdırdığı iddia edilən dörd Hollandiya vətəndaşı polis tərəfindən yaxalanıb.

Van Kukkenborna qarşı təhlükənin nə olduğu barədə rəsmi açıqlama verilməsə də, Belçika mətbuatı narkotik dəstəsinin naziri qaçırmağı planlaşdırdığını iddia edib. 

Belçika polisi şübhəlilərin Hollandiyadan ekstradisiya edilməsi üçün işə başlayıb. Bununla yanaşı, nazirin evinin qarşısındakı avtomobildə Kalaşnikov avtomatı, odlu silah və iki şüşə benzin aşkar edilib. 

Şəxslər barəsində  cinayət işi açılıb. Araşdırma aparılır. ///unikal

 

Tarix
26 Sentyabr 2022 [09:55]
Müəllif
Üç nöqtə
2022-09-26 09:55:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin