Qalmaqallı bağçanın müdiri CƏZALANDIRILDI

19:45 - 27 May 2022 - Xəbər

Bir neçə gün əvvəl Azərbaycanda bağçada uşaqlara yemək verilməməsi ilə bağlı xəbər vermişdik. 

Ucnoqta.az xəbər verir ki, Şabran şəhərində yerləşən 1 saylı körpələr evində baş verən həmin pozuntular sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu.
Quba-Xaçmaz Regional Təhsil İdarəsində yaradılmış komissiya tərəfindən həmin uşaq bağçasında müvafiq araşdırma aparılıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, araşdırma zamanı müəyyən olunub ki, uşaqların qidalanması Nazirlər Kabinetinin 1994-cü il 09 mart tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş normalar çərçivəsində təmin olunur.

Eyni zamanda müəssisə rəhbərliyinin fəaliyyəti də yoxlanılıb, uşaqların davamiyyətinin zəif olduğu, əmək münasibətlərinin düzgün nizamlanmaması, müəssisə rəhbərinin, eləcə də tərbiyəçilərin işində müəyyən nöqsanlara yol verdikləri aşkarlanıb.

Fəaliyyətlərində yol verdikləri nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Qədəşova Lalə Məhəmməd qızına və təsərrüfat müdiri Cavadova Rəhilə Məcnun qızına intizam tənbehi tətbiq edilib.

Xəbər xətti