“Meymun çiçəyi”nə yoluxma sayı artır - ÜST

11:41 - 22 May 2022 - DÜNYA

İnsanlar arasında “Meymun çiçəyi” infeksiyasına yoluxma halları 92-yə yüksəlib, ölüm yoxdur.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST bildirib ki, mayın 21-nə qədər təşkilat 12 ölkədən 92 laboratoriya tərəfindən təsdiqlənmiş “Meymun çiçəyi” hadisəsi haqqında məlumat alıb. ÜST əlavə edib ki, daha 28 hadisə araşdırılır.

"Bu günə qədər bu xəstəliklə bağlı ölüm faktı qeydə alınmayıb", - təşkilatın açıqlamasında bildirilir.///Apa

Xəbər xətti