Nazir polkovniki işdən çıxartdı - YENİ TƏYİNAT     
                    
                     
                    
                        
                                         
             
            20:07  -  17 May   2022 -  Cəmiyyət
                    
                    
                                                                  
                                                  
                            
                            Fövləladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisinə birinci müavini təyin edib.
Qaynarinfo.az-a FHN-ə yaxın mənbələrdən verilən məlumata görə, Kəmaləddin Heydərovun müvafiq əmri ilə 4-cü Ərazi Dövlət Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Səyavuş Qasımov vəzifəsində azad edilib.
Nazirin digər əmri ilə Səyavuş Qasımov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisinin birinci müavini təyin olunub.
Qeyd edək ki, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasovdur.