Azərbaycan hekayələri Çexiyada nəşr olundu

XX əsr Azərbaycan ədəbiyyatının Əbdürrəhimbəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Rəhimov, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, Anar, Əzizə Cəfərzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Elçin, İsi Məlikzadə, Mövlud Süleymanlı, Kamal Abdulla, Şahmar, Sara Nəzirova, Rafiq Tağı, Saday Budaqlı, Etimad Başkeçid kimi tanınmış yazıçılarının çex dilinə tərcümə edilmiş hekayələrinin toplandığı “Sarı gəlin” Azərbaycan hekayələri antologiyası kitabı Çexiyada işıq üzü görüb.

Kitaba daxil edilən əsərlərin orijinaldan çex dilinə sətri tərcümə müəllifi – Şəbnəm Əsədova, redaktorları - çex dili mütəxəssisləri İvana Bozdexova və Klara Xoulikovadır.

Praqanın zəngin ənənəli “Karolinum” nəşriyyatında çap olunmuş kitab akademik Nizami Cəfərovun çex dilinə tərcümə olunmuş Ön sözü ilə təqdim olunur.

Nəfis tərtibatda nəşr edilmiş toplunun yaxın günlərdə Praqanın mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat mərasimlərində elmi-ədəbi ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

Tarix
10 Mart 2022 [18:56]
Müəllif
Üç nöqtə
2022-03-10 18:56:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin