Bitki yağını kərə yağı adı altında satan mağaza aşkarlandı - Foto

Gəncədə bitki yağını kərə yağı adı altında satan mağaza cərimələnib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Təbriz küçəsi 182 ünvanında yerləşən fiziki şəxs Musayev Azad Cahangir oğluna məxsus “Milli” ərzaq mallarının satışı mağazasında yoxlama keçirilib.

Yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulduğu aşkar edilib.
Belə ki, mağazada “Kрестъянское” nişanlı bitki tərkibli spred yağın kərə yağı adı altında satışının həyata keçirildiyi, heyvanmənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmədən satışının aparıldığı, mal qonşuluğu prinsipinin pozulduğu, qənnadı məmulatlarının üzərində etiket məmulatlarının qeyd olunmadığı məlum olub.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Tarix
2 Dekabr 2021 [11:26]
Müəllif
Üç nöqtə
2021-12-02 11:26:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin