ABŞ-ın hərbi gəmiləri Gürcüstanın Batumi limanına daxil olub

12:53 - 8 Noyabr 2021 - DÜNYA

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Mount Whitney” və “Porter” gəmiləri Gürcüstanın Batumi limanına daxil olub.

“Report”un yerli bürosu xəbər verir ki, onlar Qara dənizdə NATO üzrə müttəfiqlər və tərəfdaşlarla birgə əməliyyatlarda iştirak edəcəklər.

ABŞ-ın Gürcüstandakı səfirliyindən bildirilib ki, gəmilərin limana yan alması NATO və Gürcüstan arasında önəmli münasibətləri vurğulayır. Qeyd olunub ki, Gürcüstan bölgədə sülh və sabitliyin təşviqində sarsılmaz tərəfdaşdır.

Xəbər xətti