Hamiləliyə və doğuma görə müavinətlər üçün vəsait artırılır

11:54 - 8 Noyabr 2021 - Cəmiyyət

Gələn il hamiləliyə və doğuma görə müavinətlərin maliyyələşdirilməsi üzrə 50,0 mln. manat vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır.

Ucnoqta.az xəbər verir ki, bu, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsində əksini tapıb.
Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin gözlənilən icrasından 9,9 mln. manat və ya 24,7%, 2020-ci ilin icra göstəricisindən isə 14,2 mln. manat və ya 39,7% çoxdur.

Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.///apa

Xəbər xətti