Yerə asteroid yaxınlaşacaq - Dekabrın 11-də ...

10:39 - 8 Noyabr 2021 - Xəbər

Eyfel qülləsi böyüklüyündə asteroid dekabr ayında Yerə yaxınlaşacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə NASA-ya istinadən "Daily Record" qəzeti xəbər verib.
Məlumata əsasən, "4660 Nereus" adlı obyekt potensial təhlükəli asteroid kimi müəyyən edilib. Asteroidin uzunluğu 330 metr təşkil edir.

Bildirilir ki, asteroid dekabrın 11-də planetə maksimum yaxınlaşacaq və 3,9 milyon kilometr məsafədən keçəcək. Qeyd edilir ki, bu, Yerlə Ay arasındakı məsafədən 10 dəfə daha çoxdur.///trend

Xəbər xətti