Bakıda Zəfər Günü yürüşü başlayıb - FOTO

10:00 - 8 Noyabr 2021 - Xəbər

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə genişmiqyaslı yürüş keçirilir.

Hərbi orkestrin müşayiəti ilə "Azneft" dairəsindən başlayan aksiyada onminlərlə insan iştirak edir.
Yürüş iştirakçıları əllərində Azərbaycanın şanlı bayrağını tutublar. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları çiynlərində Azərbaycan bayrağı daşıyırlar.

Aksiya "Ağ şəhər" bulvarınada - Hərbi Qənimətlər Parkında yekunlaşacaq.


Xəbər xətti