Əfqanıstana ilk turistlər gəlib

00:18 - 8 Noyabr 2021 - DÜNYA

“Taliban” hakimiyyətə gəldikdən sonra ilk xarici turistlər Əfqanıstana səfər edib.

“Report” xəbər verir ki, bu barədə yerli “Bakhtar” agentliyi məlumat yayıb.

Qor əyalətinin Mədəniyyət və İnformasiya İdarəsi bildirib ki, iki turist tarixi yerləri, xüsusilə XII əsrdə tikilmiş Cama minarəsini ziyarət edib.

Agentlik turistlərin haradan gəldiyini açıqlamayıb.

Xəbər xətti