Şirvanda fərdi yaşayış evində yanğın baş verib

22:15 - 7 Noyabr 2021 - HADİSƏ

Şirvanda fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Hadisə Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi 5/1 ünvanında yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Şirvan sakini, 1964-cü il təvəllüdlü Ağayev Rəhim Əkbər oğluna məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı evin tavan hissəsinin 170 kv.metr sahəsi yanıb. Yanğın yerinə Şirvan YMX-nın texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti