Məktəblilər “Vətən Müharibəsi”nə sənədli film həsr ediblər - Video

21:45 - 7 Noyabr 2021 - Xəbər

 “Biz övladlarımızın hər ilk qədəmini toy-bayram etməyi sevən millətik. Xüsusilə də, oğul övladlarımızın. Anadan olduğu gün, diş çıxardığı gün, məktəbə getdiyi, kiçik toyu, böyük toyu - bir sözlə hər anı… Amma bu 44 gün müddətində hər birimizin üzündən, qəlbindən, evindən kədər, təşviş, narahatlıq əskik olmadı”.

Bu sözləri Ucnoqta.az-a açıqlamasında 276 nömrəli məktəbin 3ç sinif rəhbəri Mədinə Malahova deyib. Onun sözlərinə görə, kimsənin yadına nə toy düşdü, nə də bayram:
“Bu müddət ərzində öyrənmiş olduq ki, biz lazım gəldikdə yumruq kimi birləşməyi bacaran bir xalq imişik. Ön cəbhə, arxa cəbhə bir oldu. Əsgərə isti geyim göndərən kim, su daşıyan kim, çörək arasına kotlet qoyub göndərən kim. Bir sözlə birimiz hamımız, hamımız birimiz üçün yaşadıq, birləşdik. Daha bir məqamı da xatırladıq.

Xatırladaq ki, bizim qadınlarımız kainatın ən güclü qadınlarıdır. Şəhid xəbərlərini hər adamın ürəyi qaldırmadığı halda mənim həmvətənim xanımlar gözünün işığını, evinin dirəyini tabutda çiyinlərinə qaldırdılar, başlarını da dik tutub “Vətən sağ olsun”- deməyi bacardılar!”.

M.Malahova deyir ki, bu misilsiz günü hərə bir formada yaşadır, qeyd edir: “Biz də, Zəfər sevincini ərsəyə gətirdiyimiz qısametrajlı "Vətən Müharibəsi" adlı sənədli filmlə ifadə etməyə çalışdıq”.
Videonun tamamını izləmək üçün müəllimin instagram səhifəsinin linkinə keçid edə bilərsiniz.
https://www.instagram.com/xususi_ibtidai_tehsil/?utm_medium=copy_link
 

Xəbər xətti