Cəbrayılda bir nəfər minaya düşüb

18:01 - 7 Noyabr 2021 - HADİSƏ

Noyabrın 7-si saat 16 radələrində 1967-ci il təvəllüdlü Xanlar Aslanovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Cəbrayıl rayon prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, araşdırmalarla Xanlar Aslanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər xətti