Qlobal Bakı Forumunun bir qrup nümayəndələri Şuşaya getdi

11:44 - 7 Noyabr 2021 - Xəbər

“COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda iştirak edənlərdən bir qrup nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil olunub. Ucnoqta.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanına ilə gedən nümayəndə heyəti oradan avtobuslarla Şuşaya yola düşüb. Şuşaya səfər çərçivəsində qonaqlar tarixi, mədəni və dini abidələrə ziyarət edəcək, Şuşada aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar. Qeyd edək ki, 4-6 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib. Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.

Xəbər xətti