Şamaxıda 33 yaşlı kişini avtomobil vurub

10:27 - 7 Noyabr 2021 - HADİSƏ

Şamaxı rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 1988-ci il təvəllüdlü İsgəndərov Zakir Qüdrət oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı və üz-baş nahiyəsinin sıyrılmış yaraları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti