İldə 7 milyon qazanan futbolçu məşqə köhnə avtomobillə gedir - VİDEO

14:09 - 31 Oktyabr 2021 - MARAQLI

İtaliya "İnter"inin futbolçusu Arturo Vidal komandasının məşqinə 1990-cı illərə aid avtomobillə gedir.

Ucnoqta.az xəbər verir ki, çilili yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.

Milan təmsilçisində illik 7 milyon avro qazanan 34 yaşlı oyunçunun maşının dəyəri təqribən 2 min avrodur. Ona görə də Vidalın bu addımı maraqla qarşılanıb.

Qeyd edək ki, futbolçu dəyəri 250 min avro və 400 min avro olan iki avtomobilə də sahibdir. ///report

Xəbər xətti