Prospektdə qəza olub, tıxac var - FOTO

12:01 - 30 Oktyabr 2021 - HADİSƏ

Bakıda yol nəqliyyat hadisəsi tıxaca səbəb olub.

Bu barədə Ucnoqta.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda Z.Bünyadov prospekti ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir.

Bununla əlaqədar həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaranıb.

Xəbər xətti