"Bakı Bus"un rəhbəri yenidən dəyişdi

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus Bakı Bus MMC-nin direktoru Tural Mahmudov vəzifəsindən azad edilib.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Elnur Qarayevə həvalə olunub.
T.Mahmudov nəqliyyat müəssisəsinin rəhbərliyinə bu ilin əvvəlində gətirilmişdi.

“Bakı Bus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

Tarix
20 Oktyabr 2021 [18:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-20 18:53:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin