Operativ Qərargahın məlumatı

16:46 - 25 Sentyabr 2021 - Xəbər

Azərbaycanda bu gün 65 861 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 643, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 218 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 293 590, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 700 096, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 593 494 təşkil edir.


Xəbər xətti