Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ

18:41 - 17 Sentyabr 2021 - Xəbər

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021-ci il sentyabrın 19-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahan saat 10:00-da başlanır. 

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

İmtahan elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcək.

İmtahanda iştirak etmək üçün AB vəzifə qrupu üzrə 16 , AC vəzifə qrupu üzrə isə 22 namizəd qeydiyyatdan keçib.

Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Xəbər xətti