Ana səhifə Mobil versiya
18 Sentyabr 2021

Sosial sığorta şəhadətnaməsi ləğv olunur

Prezident İlham Əliyev “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunları təsdiq edib və bununla əlaqədar Fərmanlar imzalayıb. Yeni qanunlarla dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir və həmin şəhadətnaməyə dair müddəalar qanunvericilik aktlarından çıxarılıb. İndiyədək qanunvericilikdə əksini tapan “dövlət sosial sığorta şəhadətnaməsi” sözləri sadəcə olaraq “sosial sığorta” ilə, “dövlət sosial sığorta şəhadətnaməsi olmayan” sözləri “fərdi uçota alınmamış” sözləri, “şəhadətnaməsinin verilməsi” sözləri “sistemində fərdi uçotun həyata keçirilməsi” sözləri ilə əvəzlənib. Həmçinin Əmək Məcəlləsinin 48-ci maddənin 1-ci hissəsindəki “və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)” sözləri çıxarılıb. Beləliklə, aparılan sosial islahatların tərkib hissəsi kimi, elektronlaşma proqramı çərçivəsində fərdi uçot barədə dolğun e-informasiya bazaları formalaşdırılıb. Hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqları bu hesablarda qeydə alınır. Bu kimi innovativ həllərin nəticəsi olaraq və e-sistemdə vətəndaşların daimi sosial sığorta nömrəsinin olmasının kifayət etməsi nəzərə alınaraq, sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilərək təqdim edilməsinə ehtiyac qalmayıb. Eyni zamanda, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna sığortaolunana fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin edilməsini nəzərdə tutan əlavə edilir. Qeyd edək ki, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan “e-sosial” internet portalı vətəndaşlara əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları istənilən vaxt asanlıqla əldə edə bilmək imkanı verir.///oxu.az
Tarix
19 İyun 2021 [18:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-19 18:37:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin