Bakıda 35 kişi, 29 qadın yıxılıb xəsarət alıb

09:27 - 25 Fevral 2021 - Xəbər

Bakıda qarlı havada yıxılaraq xəsarət alanların sayı 64 nəfərə çatıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, fevralın 24-dən etibarən 35 kişi, 29 qadın hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

Xəbər xətti