AMEA-da kadr dəyişikliyi olub

17:57 - 22 Yanvar 2021 - Xəbər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub.

AMEA-dan Trend-ə verilən məlumata görə, akademik Y.Mahmudov öz ərizəsi ilə işdən azad edilib. O, AMEA prezidentinin müşaviri təyin edilib.

Bundan başqa, akademik Arif Həşimov Fizika İnstitutunun baş direktoru, fizika üzrə elmlər doktoru Anar Rüstəmov institutun icraçı direktoru, akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutuna baş direktor, AMEA müxbir üzvü Əminağa Sadıqov isə icraçı direktor təyin edilib.

Xəbər xətti