AMB yeni binasının tikintisinə 218 mln. avro ayıracaq

16:23 - 13 Yanvar 2021 - Xəbər

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni inzibati binasının tikintisinə 218 mln. avro yönəldəcək. Bina Türkiyənin "Tekfen" şirkəti tərəfindən inşa ediləcək.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasının açıqlamasında deyilir.

Qeyd olunur ki, AMB-nin yeni inzibati binasının mühəndis, avadanlıq və material təchizatı, həmçinin "açar" təslim-tikinti işləri üzrə keçirilən tenderin qalibi "Tekfen Holding"ə daxil olan "Tekfen İnşaat ve Tesisat A.Ş." şirkəti olub.

Xəbər xətti