Aleksey Navalnı Rusiyaya qayıdır

Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı Rusiyaya qayıdır.

APA-nın xəbərinə görə, bu barədə A. Navalnı “Twitter”də bildirib.

“Mənim qarşımda heç vaxt qayıtmaq və ya qayıtmamaq məsələsi olmayıb. Çünki mən heç vaxt getməmişəm. Mən Almaniyaya reanimasiya qutusunda gəlmişəm. Yanvarın 17-də “Qələbə” reysi ilə evə geri dönəcəyəm. Görüşərik!”, - deyə o qeyd edib.

Xatırladaq ki, A. Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb. Almaniya A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə "Noviçok" qrupuna aid olan sinir iflicedici maddənin izlərinin tapıldığını bəyan edib. O, Almaniyada müalicə olunurdu.

Tarix
13 Yanvar 2021 [13:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-13 13:15:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin