Bərdədə iki avtomobil toqquşdu- ölən və xəsarət alanlar var

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Bərdə-Tərtər yolunun Lager adlanan ərazisində baş verib. Belə ki, "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması zamanı "VAZ-21011" markalı minik avtomobili yanıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar: Bərdə rayon sakinləri - 1986-cı il təvəllüdlü Rəhimli Rövşən Teymur oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Elgiz Edilxan oğlu və Tərtər rayon sakinləri - 1995-cil il təvəllüdlü Əliyev İsgəndər İsrail oğlu, 1989-cu il təvəllüdlü Abbasov Elşad Mübariz oğludur.

Faktla bağlı araşdırma apaılır.

Tarix
21 Noyabr 2020 [22:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-11-21 22:21:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin