Yaponiyada hərbi poliqonda partlayış baş verib

06:38 - 21 Aprel 2026 - DÜNYA

Yaponiya Özünümüdafiə Qüvvələrinin Oita prefekturasındakı Hijudai təlim poliqonunda təlim zamanı sursat partlayışı baş verib.

Ucnoqta.az xəbər verir ki, NHK üç hərbçinin yaralandığını bildirib.

Onlar tank bölməsinin heyəti olduğu qeyd edilir. 

Müdafiə Nazirliyi hadisənin səbəbini araşdırır.

Xəbər xətti