“Qarabağ” – “Sabah” matçında rekord

17:02 - 20 Aprel 2026 - İDMAN

Misli Premyer Liqasında son 10 mövsümün azarkeş rekordu qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu, XXVIII turun “Qarabağ” – “Sabah” matçına təsadüf edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 min 338 azarkeş izləyib.

Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu stadiondakı görüşünə təsadüf etmişdi. XXII turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 min 361 azarkeş seyr edib.
XXVIII turun oyunundakı nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox azarkeşin izlədiyi sonuncu görüş 2015/16 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” oyununa 20 min 400 nəfər tamaşa edib. 

Xəbər xətti