İsrail Livanda atəşə hazır olan raket buraxıcısına zərbə endirib

10:13 - 20 Aprel 2026 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda atəş açmağa hazır olan raket buraxıcı qurğuya zərbə endirdiyini elan edib.

Ucnoqta.az xəbər verir ki, İMQ-nin sözçü ofisi bu barədə məlumat yayıb.

Qeyd olunur ki, gecə ərzində İMQ Şimali İsraildəki yaşayış məntəqələrinə birbaşa təhlükənin qarşısını almaq üçün Livanın cənubunda yüklü və atəş açmağa hazır raket buraxıcı qurğuya zərbə endirib. 

"İsrail mülki əhalisi və əsgərləri üçün hər hansı bir təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçməyə davam edəcək", - deyə İMQ əlavə edib.

Xəbər xətti