Aprelin 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayının pensiyaları ödənilib.
Ucnoqta.az xəbər verir ki, respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə aprel ayının 21-də həyata keçiriləcək.
Qeyd edək ki, pensiyaçılar aprelin 21-dən etibarən bank kartları vasitəsilə bankomatlardan nağdlaşdıra bilərlər.