Ucnoqta.az
www.ucnoqta.az

Rayonlarda pensiyalar bu tarixdə VERİLƏCƏK

13:36 - 17 Aprel 2026 tarixində dərc olunub.

Aprelin 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayının pensiyaları ödənilib. 

Ucnoqta.az xəbər verir ki, respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə aprel ayının 21-də həyata keçiriləcək.

Qeyd edək ki, pensiyaçılar aprelin 21-dən etibarən bank kartları vasitəsilə bankomatlardan nağdlaşdıra bilərlər.

Müəllif: Ucnoqta.az redaksiyası