Azərbaycanda baş redaktor vəzifəsindən azad edildi

10:23 - 17 Aprel 2026 - MEDİA

Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Məlumata görə, Sara Əzimova bundan sonra fəaliyyətini media sahəsi üzrə davam etdirəcək.

Qeyd edək ki, Sara Əzimova 2023-cü ildən bu vəzifədə çalışırdı.
///apa

Xəbər xətti