Bakının Xətai rayonu, Xocalı prospektində yerləşən "Mübarək" şadlıq evindən yanğın baş verib.
Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hadisə yerinə yanğından mühafizə briqadası cəlb olunub.
"Tüstü bacasında yağ qalıqları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb", - deyə əlavə edilib.