Azad edilmiş ərazilərdə daha 79 mina, 460 PHS aşkarlanıb

13:11 - 20 Aprel 2026 - ÖLKƏ İÇİ

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (13.04.2026 – 19.04.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 62 piyada əleyhinə mina, 17 tank əleyhinə mina, 460 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1455,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər xətti