"Real Madrid" Gənclər Çempionlar Liqasının qalibi oldu

23:22 - 20 Aprel 2026 - İDMAN

"Real Madrid" Gənclər Çempionlar Liqasının qalibi oldu.

Ucnoqta.az xəbər verir ki, "Real Madrid" Gənclər Çempionlar Liqasının (U19) final matçında Belçika təmsilçisi Klub Brüggeni penaltilərlə məğlub edib.

Matç İsveçrənin Lozanna şəhərində keçirildi.

Əsas vaxt 1-1 hesabı ilə başa çatdı. "Real Madrid"in qolunu Yakobo Orteqa (23-cü dəqiqə) vurdu.

"Brügge"nin qolunu Tobias Lund-Yensen (64) vurdu. İspaniya komandası penaltilər seriyasında 4-2 hesabı ilə qalib gəldi.

Bununla da "Real Madrid" Gənclər Çempionlar Liqasını ikinci dəfə qazandı.

"Barselona" üç titulla ən çox titul rekorduna sahibdir. Turnir 2013/14 mövsümündən bəri keçirilir.

Xəbər xətti