Rusiyanın Xalq Artisti, Peterburq Konsert Orkestrinin bədii rəhbəri və Sankt-Peterburq Simfonik Orkestrinin baş dirijoru Sergey Stadler Sankt-Peterburqdan İstanbula uçan və Rumıniyada təcili eniş edən təyyarədə vəfat edib.
Ucnoqta.az bildirir ki, bu barədə şəhərin Mədəniyyət Komitəsi TASS-a məlumat verib.
Bildirilir ki, Sergey Stadler Rumıniyada təcili eniş edən Sankt-Peterburq-İstanbul reysinin göyərtəsində vəfat edib.
Sergey Stadler dünyaca məşhur musiqiçi, Rusiyanın Xalq Artisti və görkəmli skripkaçı, dirijor və müəllim idi.