İspaniyanın “Barselona” klubunun futbolçusu Artur İtaliya “Yuventus”u ilə müqavilə imzalayıb.
Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi 5 illik anlaşmaya imza atıb. O, 2025-ci ilin iyununa qədər Turin klubunda oynayacaq. Əks istiqamətdə - “Yuventus”dan “Barselona”ya yollanan Miralem Pyaniç artıq tibbi müayinədən keçib.
Qeyd edək ki, Artur 70, Pyaniç 60 milyon avroya transfer olunub. Hər iki transfer üçün əlavə bonuslar da nəzərdə tutulub.