"Barselona" ilə sabiq futbolçusu Neymar arasında məhkəmə prosesi İspaniya klubunun xeyrinə başa çatıb.
"Report" ESPN nəşrinə istinadən xəbər verir ki, məhkəmə hazırda Fransa PSJ-sində çıxış edən braziliyalı hücumçunun Kataloniya təmsilçisinə qarşı 22 milyon avroluq mükafat tələbəni rədd edib.
Üstəlik, 28 yaşlı forvard qarşı tərəfə 7 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib.