“Neftçi” Dabo ilə bağlı qərarını açıqladı- RƏSMİ

16:13 - 17 İyun 2020 - İDMAN

“Neftçi” futbolçusu Baqaliy Dabo ilə bağlı məlumat yayıb.

Ucnoqta.az məlumatı təqdim edir:

“Klub rəhbərliyi futbolçu Baqaliy Dabonun sosial şəbəkədəki davranışını ciddi şəkildə nəzarətə götürüb. “Neftçi” ailəsinə qarşı bu cür hörmətsizliyi qəbuledilməz hesab edərək, ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb.
Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub. Həmçinin, məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək”.

Qeyd edək ki, Kiprin “Apollon” klubuna keçməyə yaxın olan Seneqal əsilli fransalı hücumçunun türkiyəli həyat yoldaşı Tuğba bu yaxınlarda ərinin “Neftçi”nin əzəli rəqibi “Qarabağ”ın formasında videosunu paylaşıb və “bu forma ilə, həqiqətən, yaxşıdır” sözlərini yazıb. 

“Neftçi”nin onu 25 min dollar məbləğində cərimələdiyi bildirilir.

Xəbər xətti