Stoiçkov: "Messini dünya çempionu kimi görmək üçün "Qızıl buts"umu verərdim"

13:56 - 13 İyun 2020 - İDMAN

İspaniya "Barselona"sının sabiq futbolçusu Xristo Stoiçkov Kataloniya klubunun hazırkı kapitanı Lionel Messi barədə danışıb.


Bolqarıstanlı veteran hücumçu "Marca"ya açıqlamasında argentinalı forvardın canlı əfsanə olduğunu söyləyib.

O bildirib ki, 33 yaşlı futbolçunun dünya çempionluğunu qazanması üçün 1994-cü ildəki mundialda layiq görüldüyü "Qızıl buts" mükafatından keçməyə hazırdır: "Leonun "Barselona"da etdiklərini heç kim təkrarlaya bilməz. Onun kimi başqa bir oyunçunun olduğunu düşünmürəm. Messini ilk dəfə 12-13 yaşı olanda görmüşəm. Həmin vaxtdan bu yana hər kəsi təəccübləndirir. Bu, təkcə onun oyun keyfiyyəti ilə deyil, həm də insanlığı ilə bağlıdır. Həmişə ən çox ehtiyacı olanlara kömək edir".

Qeyd edək ki, Xristo Stoiçkov 1990-1995 və 1996-1997-ci illərdə "Barselona"da çıxış edib. /report

Xəbər xətti