UEFA növbəti dəfə Azərbaycan klublarının hesabına pul köçürüb.
Qitə futbol qurumunun 2018/2019-cu illəri əhatə edən “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA-nın Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına aşağıdakı cədvəl əsasında UEFA-dan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb.
"Neftçi" - 15 446.42 avro
"Səbail" - 15 446.42 avro
"Qəbələ" - 15 446.42 avro
"Zirə" - 15 446.42 avro
"Sumqayıt" - 15 446.42 avro
"Sabah" - 15 446.42 avro
"Keşlə" - 15 446.42 avro
Qeyd: “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.