İspaniyanın səhiyyə naziri Salvador İlla koronavirusa görə La Liqanın bərpa olunub-olunmayacağı haqda açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, AS nəşrinə danışan nazir, hələ tam bir qərar vermədiklərini deyib:
“La Liqanın davam edib-etməyəcəyi bilinmir. İndiki vəziyyətdə öz variantımı desəm, ehtiyatsız davranmış olaram”.
La Liqa qeyri-müəyyən müddətə təxirə salınıb. İspaniya mətbuatı çempionatın iyunun əvvəlində bərpa olunacağını iddia edir.