İspaniyanın "Betis" klubunun iki futbolçusu oyun alqı-satqısına görə həbs olunub.
"Report" İspaniya məhkəməsinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar Antonio Amayya və Xavyer Torresdir. Hər iki oyunçu 12 aylıq həbs cəzası alıb. Onlar iki il müddətinə futboldan kənarlaşdırılıb və 900 min avro məbləğində cərimə olunublar.
İstintaq 2013/2014 mövsümündəki iki matç ətrafında aparılıb.
Bildirilib ki, oyunçular "Osasuna" klubunun rəhbərləri ilə iki matçın nəticəsi üçün razılaşıblar. "Osasuna"nın keçmiş direktoru Anxel Viskay 8 il 8 ay həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, Xavyer Torres 2008/2009 mövsümündə "Barselona"da çıxış edib.