AFFA yarışların təxirəsalınma müddətini uzatdı

19:25 - 19 Aprel 2020 - İDMAN

Koronavirus pandemiyası səbəbindən Azərbaycanda təxirə salınan liqaların bərpa müddəti artırılıb.

AFFA-nın rəsmi saytında verilən məlumata görə, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və gənclər liqalarının U-11, U-13, U-16 yaş qrupu üzrə çempionatlarının başlama vaxtı uzadılıb.

Bununla yanaşı, Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun və Region Liqası turnirinin oyunları da mayın 4-dək təxirə salınıb. 

Xəbər xətti