Əfsanəvi futbolçu koronavirusdan öldü

15:10 - 17 Aprel 2020 - İDMAN

İngiltərənin "Lids Yunayted" klubunun əfsanəvi futbolçusu Norman Hunter dünyasını dəyişib. 


"UCnoqta.az" BBC-yə istinadən xəbər verir ki, 76 yaşlı keçmiş müdafiəçi xəstəxanada koronavirusdan vəfat edib. 

Hunterin koronavirus testi aprelin 10-da müsbət nəticələnib və o, xəstəxanaya aparılıb. 

Qeyd edək ki, Norman Hunter 1962 - 1976-cı illərdə "Lids Yunayted"in formasını geyinib. O, iki dəfə (1968/1969, 1973/1974) İngiltərə çempionatının qalibi olub.  

Xəbər xətti