PSJ-nin hücumçusu Neymar yay transfer pəncərəsində "Barselona”ya qayıtmayacaq.
Bu barədə “Catalunya Radio” xəbər verir. Məlumata görə, Katalon klubu koronavirus pandemiyası ilə əlaqədar yaranan maliyyə böhranına görə yay transfer pəncərəsində braziliyalı hücumçunun transfer imkanını istisna edib.
Qeyd edilir ki, "Barselona”nın əsas transfer hədəfi "İnter"in hücumçusu Lautaro Martinesdir.
Neymar "PSJ"yə 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avroya keçib. Braziliyalı ötən yay yenidən əvvəlki komandasına qayıtmağa cəhd edib, ancaq klublar sazişin maliyyə şərtlərini razılaşdıra bilməyib.///report