Danimarkanın "Kopenhagen" klubunun futbolçusu Maykl Santosun Avropa Liqasının 1/16 final mərhələsinin Şotlandiya "Seltik"i ilə cavab matçında (3:1) etdiyi hərəkət cəzasız qalmayıb.
Qurumun İntizam Komitəsi sözügedən qarşılaşmada polis işçisini itələyən uruqvaylı hücumçunu 3 oyunluq diskvalifikasiya edib.
Paytaxt təmsilçisinin qərardan apellyasiya şikayəti vermək niyyətində olduğu bildirilib.
Qeyd edək ki, "Seltik"lə səfər matçının 51-ci dəqiqəsində hesabı açan Maykl Santos komandasının vurduğu 2-ci qolu qeyd edərkən onu sakitləşdirməyə çalışan polisi itələyib.
İki oyunun nəticəsinə əsasən, 4:2 hesablı qələbə qazanan "Kopenhagen" klubu 1/8 final mərhələsinə vəsiqə qazanıb.